Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülhə əsas maneədir - Ceyhun Bayramov

Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülhə əsas maneədir - Ceyhun Bayramov

Hazırda oxunan: Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülhə əsas maneədir - Ceyhun Bayramov

212877

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildiriblər ki, görüşdə Azərbaycan və Lüksemburq arasında ikitərəfli əlaqələrin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin gedişatı və mövcud problemlər barədə məlumat verib.

Ermənistan konstitusiyasında Azərbaycana qarşı davam edən ərazi iddialarının sülh əldə edilməsinə əsas maneə olduğu vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO