Sentyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Keniya Respublikasının Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı Azərbaycan və Keniya arasında ikitərəfli əməkdaşlığın perspektivləri, habelə çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib, o cümlədən Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin təşəbbüslərinə göstərdiyi dəstəyə görə Keniya tərəfinə təşəkkür edib.
Görüş zamanı, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə münasibətlərin inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkəmizin Keniyada səfirliyinin fəaliyyətə başlamasının münasibətlərin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə toxunaraq, bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, bu çərçivədə əməkdaşlıq perspektivlərindən ətraflı bəhs edib.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Daha sonra nazirlər arasında Azərbaycan və Keniya arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:12 / 24.09.2024
Azərbaycan və Keniya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib
Hazırda oxunan: Azərbaycan və Keniya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib
Hazırda oxunan: Azərbaycan və Keniya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib
212866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.