İlham Əliyev: ”Bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik”

İlham Əliyev: ”Bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik”

Hazırda oxunan: İlham Əliyev: ”Bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik”

212760

“Müstəqil, prinsipial, xarici siyasət bizim əsas istiqamətimizdir”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib. 
 

“Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”, - deyən dövlət başçısı belə cəhdlər olduğunu və olacağını bildirib. 


Dövlət başçısı deyib ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq.

Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO