Polşa Avropanın ən böyük quru qoşunlarını yaradır

Polşa Avropanın ən böyük quru qoşunlarını yaradır

Hazırda oxunan: Polşa Avropanın ən böyük quru qoşunlarını yaradır

212628

Polşa Avropanın ən böyük quru ordusunu qurur.

 

Sfera.az-ın xəbərinə görə, nu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.

 

Bildirilir ki, Polşa hakimiyyəti öz ÜDM-nin 4%-ni müdafiəyə xərcləmək niyyətindədir ki, bu da NATO standartlarından iki dəfə çoxdur.

 

Bundan əlavə, Polşanın modernləşdirmə proqramına Cənubi Koreyadan 1000 tank, ABŞ-dan 250 tank, 600 özüyeriyən haubitsa, 18 HIMARS, 288 reaktiv yaylım atəş sistemi və Cənubi Koreyadan 48 FA-50 döyüş təyyarəsi alınması daxildir.

 

Ümumilikdə, Polşa 2035-ci ilə qədər 117 milyard dollardan çox silah sifarişi verib, 2023-cü il üçün müdafiə büdcəsi isə 26 milyard dollar təşkil edir.

 

Bundan əlavə, Polşa ordunun sayını iki dəfə - 300 min nəfərə qədər artırmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO