Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlərlə bağlı məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Xankəndidə “Bulud” HOTELİNDƏ
Bildirilib ki, mərkəzin binası dörd mərtəbədən və bir zirzəmi qatından ibarət olacaq. Buradakı hoteldə, ümumilikdə, 102 otaq inşa ediləcək. Otaqlardan 91-i standart, 4-ü suit, 4-ü isə “executive” qonaq otaqlarıdır. Digər 3 otaq isə sağlamlığı məhdud insanlar üçün nəzərdə tutulub.
Bundan başqa, mərkəzdə restoranlar, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.
Bizim.Media