Türkiyə Ali Məhkəməsinin sədri sabah Şuşaya gedəcək

Türkiyə Ali Məhkəməsinin sədri sabah Şuşaya gedəcək

Hazırda oxunan: Türkiyə Ali Məhkəməsinin sədri sabah Şuşaya gedəcək

211120

Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz sabah Şuşa şəhərinə gedəcək.

Bizim.Media xəbər verir ki, bu barədə o, Bakıda jurnalistlərə müsahibəsində danışıb.

“Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimovun dəvəti ilə Türkiyə Ali Məhkəməsinin nümayəndələri olaraq Azərbaycana rəsmi səfərə gəldik. Məqsədimiz həm ölkəni gəzmək, həm də ikili münasibətləri daha da inkişaf etdirməkdir.

Dünəndən bəri Azərbaycandayıq. Burada özümüzü öz ölkəmizdəki kimi hiss edirik. Türkiyə-Azərbaycan qardaşlığı dünyaya iki ölkə arasında örnək olacaq münasibətdir. Bu gün Ulu Öndər Heydər Əliyevin, Azərbaycan və Türkiyə şəhidlərinin abidələrini, həm də məzarlarını ziyarət etdik”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO