Məzahir Pənahov: “Natiq Cəfərli çox mədəni adamdır, müraciətinə baxılacaq”

Məzahir Pənahov: “Natiq Cəfərli çox mədəni adamdır, müraciətinə baxılacaq”

Hazırda oxunan: Məzahir Pənahov: “Natiq Cəfərli çox mədəni adamdır, müraciətinə baxılacaq”

211033

“Mərkəzi Seçki Komissiyasına 12 müraciət daxil olub”.

Bizim.Media xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.

Məzahir Pənahov bildirib ki, MSK-ya müraciətlərin daxilolma müddəti bu gün yekunlaşır:

“Hay-küy salmağa ehtiyac yoxdur. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, buna baxmağa bizim ixtiyarımız yoxdur. Əgər müraciət poçtla göndərilibsə və dairənin qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK ona baxa bilər”.

“MSK sabah 3 müraciətə baxacaq. MSK işinə məsuliyyətlə yanaşır. Hər müraciətin vergülünə qədər müzakirə aparır, təkrar-təkrar gözdən keçiririk. Sabah Müsavat Partiyasının namizədinin və Natiq Cəfərlinin şikayətinə baxılacaq. O, çox mədəni adamdır”, - M.Pənahov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO