SON DƏQİQƏ: Parlament seçkilərində 2 məntəqənin nəticələri ləğv olundu

SON DƏQİQƏ: Parlament seçkilərində 2 məntəqənin nəticələri ləğv olundu

Hazırda oxunan: SON DƏQİQƏ: Parlament seçkilərində 2 məntəqənin nəticələri ləğv olundu

211019

Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 78 saylı Lənkəran kənd seçki dairəsinin iki seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd Əzizov Əzizxan İman oğlu bu şikayətlərlə MSK-ya müraciət edib:

"Səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntularla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə və sənədlərdə uyğunsuzluq aşkarlanıb. 42 saylı məntəqədə çəkildiyi deyilən görüntülərə baxarkən aydın olub ki, belə bir məntəqə olmayıb. Dairənin 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla, digər məntəqələrdə pozuntu aşkarlanmayıb. Ona görə də həmin məntəqələrdə seçkinin nəticələri ləğv edilib".

MSK üzvü qeyd edib ki, dairədəki 53 seçki məntəqəsindən ikisinin nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

Qeyd edək ki, 78 saylı Lənkəran kənd seçki dairəsində YAP-ın namizədi Anar İsgəndərov 59,7 faiz səslə qalib olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO