"Moskvaya anlatmalıyıq ki, bizə aid olanların hamısını geri qaytaracağıq" - Elxan Şahinoğlu

Hazırda oxunan: "Moskvaya anlatmalıyıq ki, bizə aid olanların hamısını geri qaytaracağıq" - Elxan Şahinoğlu

21080

“Ermənistan uzun illər torpaqlarımızı işğal altında saxladığına görə düşünürdü ki, bu əbədi olacaq. Buna görə də Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini özünə birləşdirmişdi. Azərbaycan işğala son qoyub və Qarabağ üzərindən sərhədləirimizi müəyyənləşdiririk. Bu belə də olmalıdır, sadəcə ermənilər buna alışmayıblar. Ona görə haray-həşir salırlar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində qeyd edib.

Bildirib ki, Azərbaycana aid ərazilərin sərhədçilərimiz tərəfindən nəzarətə götürülməsi Ermənistanda parlament seçkisi öncəsində baş nazir vəzifəsini icra edən Nikol Paşinyan mövqelərini zəiflədir:

“Ona görə də o və onun nazirləri gün ərzində Moskvaya zənglər edir, yalvarır və Azərbaycandan şikayət edirlər. İrəvan prosesə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da qoşmaq istəyir”.

E. Şahinoğlunun sözlərinə görə,  İrəvandan Moskvaya edilən çoxsaylı zənglərin və yalvarışların nəticəsidir ki, Azərbaycanı yenicə tərk edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib:

“Lavrova yəqin o da təsir edib ki, əgər Ermənistanla Azərbaycan arasında gərginlik yenə də artıbsa demək onun bölgəyə səfərinin nəticəsi olmayıb. Lavrov Azərbaycana səfər etdi deyə biz öz haqlarımızdan imtina edəsi deyilik, əksinə Moskvaya anlatmalıyıq ki, bizə aid olanların hamısını geri qaytaracağıq”.

Politoloq bildirib ki, Ermənistanın müharibədən sonrakı durumundan maksimum istifadə edilməlidir:

“Doğru bildiyimiz işi davam etdirməliyik. Torpaq məsələsində güzəşt ola bilməz. Ermənistan müharibədən zəif düşüb, bundan maksimum istifadə etmək lazımdır. Rusiya hərbçilərinin Qarabağda yerləşdirilməsi bizə sərhədlərimizi müəyyənləşdirməyə mane olmamalıdır. Moskvadan zənglər ola bilər, ancaq onlara veriləcək cavabımız da var: “Biz sərhədlərimizi müəyyənləşdirir və bizə aid olana sahiblənirik””.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO