“Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisinə keçib. Dərhal geri çəkilməlidirlər”.
Bizim.Media xəbər verir ki, bu cür qeyri-obyektiv fikirləri Fransa Prezidenti Emmanuel Makron özünün tvitter hesabında paylaşıb.
Növbəti dəfə ermənilərlə həmrəkliyini nümayiş etdirən və ikili standartlara söykənən Fransa prezidenti erməni xalqına hər zaman dəstək olacağını bəyan edib:
“Bir daha erməni xalqına deyirəm: Fransa sizinlə həmrəydir və bundan sonra da davam edəcəkdir”,- deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan ordusunun Sünik (Zəngəzur) vilayətinin İşxanasar kəndi istiqamətində irəlilədiyi bildirilir. Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan məsələ ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib.
Bizim.Media
Azerbaijani armed forces have crossed into Armenian territory. They must withdraw immediately. I say again to the Armenian people: France stands with you in solidarity and will continue to do so.
— Emmanuel Macron (@EmmanuelMacron) May 13, 2021