Prezident Bakıda keçirilən forumun iştirakçılarına müraciət ünvanladı

Prezident Bakıda keçirilən forumun iştirakçılarına müraciət ünvanladı

Hazırda oxunan: Prezident Bakıda keçirilən forumun iştirakçılarına müraciət ünvanladı

210635

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun iştirakçılarına müraciət ünvanlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda forumu keçirilir


Bizim.Media  xəbər verir ki, müraciət mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib:

"Hörmətli Forum iştirakçıları!

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ölkəmizin paytaxtında öz işinə başlaması münasibətilə sizi səmimi-qəlbdən salamlayır, hər birinizə cansağlığı və uğurlar arzulayıram. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir zamanda Forumun təşkilinin rəmzi məna kəsb etdiyini xüsusi vurğulamaq istəyirəm.

Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır.

Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür.

Forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminəm.

İnanıram ki, Forum Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcəkdir".

Xatırladaq ki, Bakıda “Gülüstan” sarayında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu başlayıb. 23 ölkədən 80-dən çox azərbaycanlı alimin olacağı tədbirdə ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir. 

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir. 

Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilən ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO