Tarixi ZƏRURƏT – Mühacir Qərbi Azərbaycan hökumətinin yaradılmasının VAXTI ÇATDI – TƏHLİL

Tarixi ZƏRURƏT – Mühacir Qərbi Azərbaycan hökumətinin yaradılmasının VAXTI ÇATDI – TƏHLİL

Hazırda oxunan: Tarixi ZƏRURƏT – Mühacir Qərbi Azərbaycan hökumətinin yaradılmasının VAXTI ÇATDI – TƏHLİL

209913

Belə görünür ki, erməni revanşistləri sonuncu nəfərinə qədər yer üzündən silinib getməyincə islah olmayacaqlar.

Atalar sözündə deyildiyi kimi:

“Qozbeli qəbir düzəldər”.

Yəni, erməni revanşistlərini qəbir düzəltməsə, onlar öz sərsəmləmələrindən əl çəkməyəcəklər. Belə ki, bütün dünya birmənalı şəkildə 44 günlük müharibənin nəticələri ilə razılaşıb və bir daha Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Amma erməni ultramillətçiləri bütün dünyanın qəbul etdiyi reallıqla nəinki barışmır, hətta buna qarşı çıxış edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbi Azərbaycan İcması: İrəvan üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir


Belə olmasa idi, sentyabrın 2-də İrəvanda ermənilər toplaşıb “Artsax”ın “müstəqilliyinin” 33-cü ilini qeyd etməzdilər. Bu məsələdə ikrah doğuran məqamlardan biri də odur ki, ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanın yenidən təxribatçı iddialarla çıxış edir. 

O, hələ də hansısa statusla Qarabağa qayıtmaq ümidlərini itirmədiklərini deyib:

“Böyük ümidimiz var ki, vətənimizə qayıdıb uğur qazanacağıq. Qarabağın hansı status və necə qaytarılması məsələsi həmişə gündəmimizdədir. Bu problemi həll etmək üçün Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi komitə yaradılıb. Biz mütəmadi olaraq görüşür və mümkün qaytarılma məsələlərini müzakirə edirik. Hazır olmalıyıq.

Qayıdışımız beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq”.

Amma bu Şahramanyan unudur ki, adından danışdığı qurumun buraxılması barədə o özü 28 sentyabr 2023-cü il tarixində “fərman” imzalayıb. 

Həmin “fərman”da deyilirdi:

- 2024-cü il yanvarın 1-dək bütün "dövlət" qurumları və təşkilatları ləğv edilir və "Dağlıq Qarabağ Respublikası" öz fəaliyyətini dayandırır.

Amma bütün bu olaydan sonra “biz Qarabağa qayıdacaq, öz dövlətimizi quracağıq” demək ölünü diriltmək istəməyə bənzəyir. 

Bəs Şahramanyan niyə belə boşboğazlıq edir?

Bunun bir çox səbəbləri var. Əsas səbəb odur ki, bəzi xarici qüvvələr bu tip əsassız iddialarla Azərbaycana təzyiq etmək istəyirlər. Guya ki, Qarabağ problemi hələ də öz aktuallığını itirməyib və hər an gündəmə gətirilə bilər. Bu bədnam ideyanın müəllifləri təkcə ABŞ və Avropada deyil, hətta Rusiyada da var. Belə olmasa idi Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulin bədnam rejim rəhbərliyinə təbrik teleqramı göndərməzdi. 

Unudulan incə məqam

Həm Ermənistandakı xəstə təxəyüllü millətçilər, həm də onların xaricdəki havadarları bir məqamı yaddan çıxarırlar ki, bu cür sərsəm təşəbbüslər hər zaman ermənilərin əleyhinə işləyib. 

2020-ci ilin sentyabrın 2-də Xankəndində ermənilər hərbi parad keçirdi, Azərbaycana əzələ nümayiş etdirdi. Bundan 25 gün sonra İkinci Qarabağ Müharibəsi başladı və nəticlər də hər kəsə bəllidir. 

2021 və 2022-ci ildə də Xankəndidə keçmiş qondarma rejimin “müstəqilliyi” tədbirləri keçirildi. Hətta hazırda Bakıda təcridxanada yatan milyarder Vardanyan 2022-ci ildə Xankəndinə erməniləri toplayıb bayram tədbiri təşkil etdi. Bundan 10 gün sonra - Azərbaycanın həyata keçirdiyi əməliyyatlar nəticəsində separatçıların bütün hərbi dayaqları dağıdıldı. 


2023-cü ilin 2 sentyabrında ermənilər yenə də öz bədnam əməllərini davam etdirdilər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan separatçı rejimin rəhbəri Samvel Şahramanyana “müstəqillik günü” münasibəti ilə təbrik teleqramı göndərdi. Bu dəfə Azərbaycanın bu təxribatlara qarşı münasibəti qəti və birmənalı oldu. Belə ki, sentyabrın 19-da Azərbaycan Qarabağda lokal antiterror tədbirləri keçirdi. Nəticədə, bütün ərazilərimizdə suveren hüquqlarımız bərpa edildi. 

Təbii ki, ermənilərin yeni təxribatları da cavabsız qalmayacaq. 

Bəs, cəmiyyət olaraq biz nə etməliyik?

Bu gün Azərbaycan öz ərazi bütövlüyün və suveren hüquqlarını bərpa edib. Lakin bu bir millət olaraq qarşımıza qoyulan ilk hədəf idi. Amma bizi qarşıda daha böyük hədəflər, məqsədlər gözləyir. Belə ki, qədim Azərbaycan torpaqlarında yaradılan Ermənistana qarşı biz öz haqlı mübarizəmizi davam etdirməliyik. 

Çünki Ermənistan bütün dövrlərdə dövlət səviyyəsində etnik təmizləmə siyasəti aparıb. Son 100 ildə 3 milyondan artıq azərbaycanlı Ermənistan ərazisindən qovulub. Təkcə 1988-ci ildə 300 min soydaşımız Ermənistandan ən ağır şərtlərlə çıxardılıb. Onlar qovularkən bütün əmlakları əllərindən alınıb, mədəni-tarixi abidələri məhv edilib. 

Ona görə də Ermənistanda bu gün də davam edən anti-Azərbaycan tədbirlərinə cavab olaraq adekvat addımlar atılmalıdır. 

Ən qısa zamanda Qərbi Azərbaycan mühacir hökuməti yaradılmalıdır. Bu hökumət Ermənistan dövlətinin azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın iqtisadi əsaslarını hazırlamalıdır. Dəymiş ziyanın ödənilməsi üçün Ermənistan və beynəlxalq təşkilatlar qarşısında tələblər qoyulmalıdır. Ən əsası son 100 ildə Ermənistandan qovulan soydaşlarımızın geri - öz dədə-baba yurdlarına qayıtmaları üçün davamlı iş aparılmalıdır. 

Bu məsələdə təkcə Qərbi Azərbaycandan olan soydaşlarımız yox, hər birimiz səfərbər olmalıyıq. 

Vətəndaş institutları - QHT-lər, mətbuat və ictimai fəallar Ermənistan dövlətinin soydaşlarımıza qarşı apardığı soyqırımı siyasətinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi üçün daha qətiyyətli mübarizə aparmalıdır. 

Yeni formalaşan parlamentin bu məsələdə üzərinə daha çox iş düşür. 

Onlar bütün xarici səfərlərində və iştirak etdikləri beynəlxalq tədbirlərdə Ermənistanın əsl simasını sivilizasiyaya sübut etmək üçün bütün imkanlardan istifadə etməlidirlər. Hədəfsə o olmalıdır ki, Qərbi Azərbaycandan qovulan soydaşlarımız öz yurdlarına dönsün, onlara dəyən maddi ziyan ödənilsin. 

Bu əslində bizim müqəddəs mübarizəmizin əsas məqsədi olmalıdır. Bununla biz tarixi ədalətin bərpasına nail olmalıyıq. Üstəlik, məhz bu cür mübarizə üsulu ilə ermənilərin xəstə “miatsum” və “dənizdən-dənizə böyük Ermənistan” ideyalarının sonunu gətirə bilərik. Bu bizim qalib xalq kimi müqəddəs borcumuzdur. Biz bunları etməklə gələcək nəsillərə daha qüdrətli və böyük Azərbaycanı miras qoymuş olarıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO