Növbədənkənar parlament seçkilərində səsvermə hüququndan istifadə edən seçicilərin sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, respublika üzrə 2 milyon 196 min 771 nəfər səs verib, seçici fəallığı 37.27 faiz olub.
Qeyd edək ki, səsvermə hüququna malik seçicilərin sayı 6 milyon 421 min 960 nəfərdir. Seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Səsvermə prosesi saat 19:00-da başa çatıb.
Günay Şahmar, Bizim.Media