Mehriban Əliyeva İmaməddin Xəlilovu TƏBRİK ETDİ – FOTO

Mehriban Əliyeva İmaməddin Xəlilovu TƏBRİK ETDİ – FOTO

Hazırda oxunan: Mehriban Əliyeva İmaməddin Xəlilovu TƏBRİK ETDİ – FOTO

209200

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qalib gəlməsi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Birinci xanım bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal! Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan İmaməddin Xəlilov finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb. Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO