BMT rəsmisi əsir götürülmüş və itkin düşmüş azərbaycanlılarla bağlı Ermənistana ÇAĞIRIŞ ETDİ

BMT rəsmisi əsir götürülmüş və itkin düşmüş azərbaycanlılarla bağlı Ermənistana ÇAĞIRIŞ ETDİ

Hazırda oxunan: BMT rəsmisi əsir götürülmüş və itkin düşmüş azərbaycanlılarla bağlı Ermənistana ÇAĞIRIŞ ETDİ

209167

İtkin düşmüş şəxslərlə bağlı onların ailələrinin və sevdiklərinin heç olmasa onların harada olduqları barədə məlumat almaq hüququ var.

Bizim.Media xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik report-un ABŞ bürosunun sualını cavablandırarkən deyib.

Qeyd edək ki, rəsmi məlumatlara görə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4000-dək Azərbaycan vətəndaşı itkin düşüb.

Sözçü Ermənistanı bu bu məsələ ilə bağlı duyarlı olmağa çağırıb: "Bütün dünyada itkin düşmüş şəxslərlə bağlı onların ailələrinin və sevdiklərinin heç olmasa onların harada olduqları barədə məlumat almaq haqqı var. Onların sevdiklərini azad etmək hüququ var, onların başına nə gəldiyi haqqında məlumat almaq hüququ var. Biz bütün üzv dövlətləri bu məsələ ilə bağlı duyarlı olmağa və hərəkətə keçməyə təşviq edirdik".

O, əlavə edib ki, BMT bu humanitar problemin həlli mövzusunda Azərbaycanla və bu mövzuda BMT ilə işləmək istəyən hökümətlərlə işləməyə hazırdır:

"Bu məsələdə hər yerdə bizimlə işləmək istəyən hökumətlərlə işləyirik".

Qeyd edək ki, avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO