Qərb İsrailə qarşı mövqeyini DƏYİŞİR – Netanyahu Qəzza məsələsində geri addım ATACAQ?

Qərb İsrailə qarşı mövqeyini DƏYİŞİR – Netanyahu Qəzza məsələsində geri addım ATACAQ?

Hazırda oxunan: Qərb İsrailə qarşı mövqeyini DƏYİŞİR – Netanyahu Qəzza məsələsində geri addım ATACAQ?

209105

Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell Aİ-ə üzv 27 ölkə hökumətinə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı sanksiya tətbiq edilməsi təklifini təqdim edib.

“Anadolu” Agentliyinin məlumatına görə, siyasətçilər son zamanlar fələstinlilərə qarşı açıqlamaları ilə hiddət doğurublar. Borrelin təklifinə əsasən, Smotriç və Ben-Qvirə qarşı xalqlar arasında nifaq və insan haqlarını pozduqlarına görə sanksiyalar tətbiq oluna bilər. Müvafiq olaraq, onların Aİ aktivləri dondurulacaq və onların ittifaq ərazisinə daxil olmasına icazə verilməyəcək.

Görəsən, Qərbin bu tip sanksiyaları İsrailin Qəzzada həyata keçirdiyi müharibənin qarşısını ala biləcəkmi?
 

MÖVZU İLƏ BAĞLI:

İsrail HƏMAS-ın Qəzzadakı məğlubiyyətini ELAN ETDİ


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, sanksiyalar İsrailin Fələstinə olan münasibətini dəyişməyəcək: 

“İsrail iqtisadi baxımdan güclü ölkədir. Bu mənada sanksiyaların onun Fələstin məsələsinə münasibətini dəyişəcəyini düşünmürəm. Bu gözlənilən deyil”.  

Həmsöhbətimizə görə, sanksiyaların tətbiqi yerinə, Təl-Əvivlə sıx münasibətlərini nəzərə alaraq Qərb İsraili atəşkəsi dayandırmağa, Qəzza problemini danışıqlar stolu arxasında həl etməyə çağırmalıdır:

“Səylər bu istiqamətdə olmalıdır. Qərb bir tərəfdən İsraillə danışıqlar aparmalı, onun mövqeyini analiz etməli, digər tərəfdən də Qəzza Fələstinilə danışıqlar aparmalıdır. Bu əsasda şübhəsiz ki, ortaq nöqtələr tapılacaq. Qərb bölgə ilə bağlı əsasən məhz bu istiqamətdə işləməlidir. Qərbdə də problemin tezliklə həll edilməsinə çalışan dairələr var. Bu yöndə İsrail və Fələstinlə işləyən struturkar var. Amma bunlar intensivləşməlidir. Dünya artıq bu müharibədən yorulub. Qısa zamanda problemin həlli tapılmalıdır. Qərb bunu bacarar”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO