“Türkiyə və Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasının tərəfdarıdır. Əminəm ki, ölkələrimizin qardaşlığı bundan sonra da regional sabitliyə öz töhfəsini verəcək”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Ankarada Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən birgə layihələrin icrasının gedişi müzakirə olunub. Bakı ilə İrəvan arasında danışıqlar prosesinin vəziyyəti, regionda və beynəlxalq aləmdə vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan liderləri tərəfindən 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə gətirib.
Bizim.Media