Lavrovun İrəvan və Bakı AÇIQLAMALARI – “Fərq göz önündədir” – Politoloqdan ŞƏRH 

Lavrovun İrəvan və Bakı AÇIQLAMALARI – “Fərq göz önündədir” – Politoloqdan ŞƏRH 

Hazırda oxunan: Lavrovun İrəvan və Bakı AÇIQLAMALARI – “Fərq göz önündədir” – Politoloqdan ŞƏRH 

20858

“Lavrovun Ermənistandakı bəyanatlarına fikir versək, görəcəyik ki, orada bir çox mövzular fərqli səslənirdi. Təəssüflər olsun ki, Lavrov ermənilərin bəyanatlarının qarşısını almadı. Status barədə, münaqişənin bitməməsi haqqında fikirlər və s”.

Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov səsləndirdi. Politoloq əlavə etdi ki, “amma Lavrovun dediyi fikirlər heç də əsas vermir ki, biz onun erməniləri dəstəklədiyini düşünək.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrovun Bakıdan Putinlə Baydenin mümkün görüşü ilə bağlı vacib AÇIQLAMA


Bu da çox vacib bir amildir. Belə ki, bundan öncə səslənən fikirlər fərqliydi. Bir çox fikirlər ondan ibarət olmuşdu ki, münaqişə hələ bitməyib, bəzi məsələlərin həlli lazımdır.

Bu işdə Minsk Qrupu da iştirak etməlidir və s. Biz gördük ki, indiki mərhələdə Lavrovun İrəvandakı mövqeyi ilə Bakıda sərgilədiyi pozisiya fərqlənir. Bu da onu göstərir ki, Azərbaycan tərəfinin təsiri, bəlkə də təzyiqi nəticəsində bəzi məqam və bizi narahat edən müəyyən məsələlər həll olunur. Çətin prosesdir, amma müsbət istiqamətini qeyd eləməliyik. 

Hazırda Rusiya üçün ən vacib olan məsələ ondan ibarətdir ki, Ermənistandakı gələcək seçkilərdən sonra İrəvan hansı siyasəti reallaşdıracaq.

Bundan qabaq olduğu kimi ruspərəst, yoxsa qərbyönümlü siyasət olacaq?”deyən Tofiq Zülfüqarov sülhməramlılar və Bakının istəyinə də toxundu:
 

“Artıq Azərbaycanın qətiyyətli mövqeyi və bizim ictimaiyyətin təzyiqi (insanların sülhməramlılara münasibətinin necə olduğunu bilirsiniz) nəticəsində görürük ki, Bakının istədiyi istiqamətdə hansısa tendensiyalar var.


Rusiyanın Ermənistanda qalıb-qalmamasına gəlincə, bu, birmənalı həll olunmuş məsələdir. Hamı başa düşür ki, Moskva addımbaaddım İrəvandan uzaqlaşmalı olacaq. Çünki 30 il ərzində Kremlin Ermənistan üçün siyasəti heç bir müsbət nəticə vermədi.

İnanmıram ki, İrəvanda ruspərəst ideyaları təbliğ edən kimsə uğur qazanacaq. Bu uğursuzluq köhnə Qarabağ klanının nümayəndələrinə də aiddir. Ermənistandakı indiki durum maraqlı və mürəkkəbdir. Bu baxımdan, Bakının səsləndirdiyi bəyanatlar əhəmiyyətlidir”.

Sonda Azərbaycanın müharibədən sonrakı əsas fəaliyyətindən danışan Tofiq Zülfüqarov bildirdi ki, hərbi gücün qorunması və artırılması önəmlidir.

Bundan başqa, Azərbaycan ermənilər üçün alternativ gələcəyi də təbliğ edəcək. Savaşdan sonrakı işlər arasında regiondakı əməkdaşlığın inkişafı, normal əlaqələrin qurulması və başqa təkliflər də mövcuddur. Yəni, Azərbaycan apardığı siyasətlə həm savaşa, həm də sülhə hazır olduğunu göstərdi. Politoloq demişkən, “seçim etmək Ermənistana qalıb”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO