Birinci xanımlar və qızları Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxdılar - FOTO/VİDEO

Birinci xanımlar və qızları Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxdılar - FOTO/VİDEO

Hazırda oxunan: Birinci xanımlar və qızları Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxdılar - FOTO/VİDEO

208040

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub, Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.

Bizim.Media xəbər verir ki, “Sevgi bağında” adlı sərgidə Özbəkistanın Xalq rəssamı Akmal Nurun son illərdə çəkdiyi əsərlər nümayiş olunur.

Xalq rəssamı Akmal Nur sərgidə yer alan əsərləri barədə məlumat verdi. Bildirdi ki, əsərlərdə ana sevgisi və kənd həyatının motivləri, ailə və ən əsası Tanrının insana bəxş etdiyi talelər canlandırılıb.

Sonra birinci xanımlar və qızları naxışçı Mədinə Kasımbayevanın kolleksiyası ilə tanış oldular. Hər bir məmulat ənənəvi özbək naxışvurmasının müxtəlif texnikalarından istifadə olunmaqla əllə yerinə yetirilib.

Qeyd olunub ki, “Süzane” naxışının vurulmasında pambıqdan və ipəkdən yalnız evdə hazırlanmış materiallardan istifadə olunur. Saplar əllə boyanır, sonra dağ kvarsı və duz əlavə olunmaqla qaynadılır ki, bu da saplarda boyanın uzunmüddətli qalmasından ötrüdür.

Birinci xanım Mehriban Əliyevaya Özbəkistan mədəniyyətinin təbliğ olunduğu xatirə hədiyyələri təqdim edildi.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO