Putin Qroznıda yeni məscidə hədiyyə etdiyi Quran kitabını öpdü - VİDEO

Putin Qroznıda yeni məscidə hədiyyə etdiyi Quran kitabını öpdü - VİDEO

Hazırda oxunan: Putin Qroznıda yeni məscidə hədiyyə etdiyi Quran kitabını öpdü - VİDEO

207716

Vladimir Putin Çeçenistan Respublikasına işgüzar səfəri çərçivəsində Qroznıda Minutka meydanında yerləşən İsa peyğəmbərin adını daşıyan yeni məscidi ziyarət edib.

Bizim.Media "grozny-inform.ru" saytına istinadən xəbər verir ki, Rusiya prezidentini Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov müşayiət edib.

Məsciddə onları Çeçenistan Respublikası rəhbərinin müşaviri, Çeçenistan Respublikasının müftisi Salah-Hacı Mejiyev qarşılayıb.

Dini binanın görkəmi dövlət başçısında böyük təəssürat yaradıb. Burada Ramzan Kadırov və Salah-Hacı Mejiyev ona Çeçenistanın fəxri vətəndaşı nişanını və sertifikatını təqdim ediblər.

Putin də öz növbəsində zərli ornamentlərlə və zinət daşları ilə bəzədilmiş məscidə Quran bağışlayıb.

Qurani-Kərimi açan Çeçenistan Respublikasının müftisi ayəni ərəbcə oxuyub və Rusiya rəhbərinə tərcümə edib:

“Əgər hədəf seçsən, Allah-Taala hədəfinə çatmağa kömək edər”.

"Biz məğlub ola bilmərik!" - deyə Ramzan Kadırov əlavə edib.

Putin bu sözdən məmnun qalıb. O, Quranı əlinə alıb, müqəddəs kitabın gözəlliyini qeyd edərək onu öpüb.

Xatırladaq ki, Vladimir Putin Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd-Hacı Kadırovun məzarını və Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetini də  ziyarət edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO