Sergey Markov: “BRİCS ölkələrinin Zəngəzur dəhlizinə böyük ehtiyacı var” – ÖZƏL

Sergey Markov: “BRİCS ölkələrinin Zəngəzur dəhlizinə böyük ehtiyacı var” – ÖZƏL

Hazırda oxunan: Sergey Markov: “BRİCS ölkələrinin Zəngəzur dəhlizinə böyük ehtiyacı var” – ÖZƏL

207662

“Putinin Azərbaycana səfəri Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqinin dəyişdiyini göstərən tarixi hadisə idi. 30 ildən artıqdır ki, Ermənistan Rusiyanın əsas müttəfiqi olub. Lakin indi Ermənistan Rusiyadan getdikcə daha çox uzaqlaşaraq, Qərbə doğru yaxınlaşmağa başlayıb. Nəticədə Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov deyib. Azərbaycan və Rusiya liderlərinin Bakı görüşünü, Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini şərh edən Markov, iki ölkənin daha böyük layihələrə imza atacağına diqqət çəkib:

BRİCS-ə üzvlüyün əhəmiyyəti

“BRİCS klassik təşkilat deyil. Onun öz katibliyi, nizamnaməsi, ümumi siyasəti, blok nizam-intizamı yoxdur. BRİCS daha çox bir sıra hallarda bir-birinə kömək edən ölkələrin klubudur. Hər şeydən əvvəl, onlar bir-birinə çox vacib bir məsələdə - öz ölkələrinin müstəqilliyini qorumaqda kömək edirlər. Bu təşkilata üzv ölkələrin müstəqilliyinə təhlükə demək olar ki, yalnız ABŞ və Avropanın Qərb koalisiyasından gəlir. Ona görə də BRİCS ölkələri öz suverenliklərini və müstəqilliklərini Qərb ölkələrindən müdafiə etməkdə bir-birlərinə kömək edirlər. Onların dəstəyi daha çox bir-birilərinə qarşı sanksiyalara qoşulmamalarında özünü göstərir”.

Zəngəzur dəhlizinin açılması BRİCS ölkələri üçün niyə vacibdir?

BRİCS ölkələri üçün nəqliyyat dəhlizlərinin önəmli olduğuna toxunan Sergey Markov, Azərbaycanın mega layihəsi olan Zəngəzur dəhlizinin açılmasının böyük dividendlər qazandıracağını qeyd edib:

“Bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizi Rusiyanı qismən BRİCS-in üzvü olan və ya quruma qoşulan Fars körfəzi ölkələri ilə birləşdirməlidir. Ona görə də Şimal-Cənub nəqliyyat dəhlizi çox vacibdir. Zəngəzur nəqliyyat dəhlizinə gəlincə, Rusiya onun inkişafında son dərəcə maraqlıdır. Çünki Zəngəzur nəqliyyat dəhlizi Rusiyanı ən mühüm ticarət tərəfdaşlarından biri olan Türkiyə ilə birləşdirir. Bundan əlavə, Zəngəzur dəhlizi Rusiyanı Türkiyə vasitəsilə ümumilikdə Aralıq dənizi regionu ilə birləşdirəcək. Orada kifayət qədər çox tərəfdaşlarımız var. Ona görə də Zəngəzur dəhlizi Rusiya üçün vacibdir”.

Ermənistanın sözügedən yaratdığı əngəllər layihənin reallaşmasına mane olmayacaq.

“Amma problem ondadır ki, Qərb həqiqətən də Zəngəzur dəhlizi layihəsinin reallaşmasını istəmir. İndi də Ermənistan Qərbə doğru irəliləyir. Belə görünür ki, Ermənistan iki səbəbdən Zəngəzur dəhlizinin reallaşmasına mane olur.

Birincisi, geosiyasi baxımdan, Qərb, doğrudan da, Rusiya ilə Türkiyə arasında birbaşa əlaqənin olmasını istəmir. İkinci səbəb isə odur ki, Ermənistan Zəngəzur nəqliyyat dəhlizinin ekstraterritorial ola biləcəyindən və bu ərazidə Azərbaycanın nəzarətinin bərqərar olacağından ehtiyat edir”.

Markov əlavə edib ki, Rusiya Zəngəzur dəhlizinin açılması üçün səylərini davam etdirəcək:

“Düşünürəm ki, Azərbaycan Ermənistan ordusunun Zəngəzur istiqamətində törətdiyi təxribatlara cavab olaraq əməliyyat keçirə bilər. Lakin problem başqa yolla da həll oluna bilər. Nəzərə alaq ki, dünya sürətlə dəyişir və ultraetnik təmizləmə nəticəsində Zəngəzurdan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququ vacib şərtdir”, - deyə S.Markov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO