Deputatlığa namizəd Günay Ağamalı Biləsuvarın Əliabad kəndində seçicilərlə görüşdü – FOTO/VİDEO

Deputatlığa namizəd Günay Ağamalı Biləsuvarın Əliabad kəndində seçicilərlə görüşdü – FOTO/VİDEO

Hazırda oxunan: Deputatlığa namizəd Günay Ağamalı Biləsuvarın Əliabad kəndində seçicilərlə görüşdü – FOTO/VİDEO

207636

Deputatlığa namizəd Günay Ağamalı 19 avqust 2024-cü ildə Biləsuvar rayonunun Əliabad kəndində seçicilərlə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Günaydın Əhədova və Elçin Quliyev namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat veriblər.


Görüşə gəldiklərinə görə seçicilərə təşəkkürünü bildirən Günay Ağamalı təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə ağsaqqallardan, ağbirçəklərdən böyük xeyir-dua aldığını bildirib. O, Biləsuvarın igid və qəhrəmanların yurdu olduğunu söyləyib, bu torpağın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi vətənpərvər, qorxmaz, gənc nəsillərə örnək olan oğullar yetişdirdiyini xüsusi olaraq qeyd edib.

Sonra deputatlığa namizəd seçki platforması barədə seçicilərə ətraflı məlumat verib. G.Ağamalı platformasının Salyan-Biləsuvar-Neftçala rayonları ilə bağlı öhdəliklər, erkən nikah, peşə təhsili, şəhid ailələrinə, yaşlı insanlara, kimsəsiz qocalara diqqət yetirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi və digər istiqamətləri əhatə etdiyini söyləyib.


Seçicilər sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Günay Ağamalıya uğurlar arzulayıblar və ona səs verəcəklərini bildiriblər.

Daha sonra Günay Ağamalı seçicilərin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb. O, dəstəyə görə kənd sakinlərinə təşəkkürünü bildirib, deputat seçiləcəyi təqdirdə seçicilər tərəfindən qaldırılan məsələlərin həlli üçün səlahiyyəti çərçivəsində səylə çalışacağını vurğulayıb.

Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO