"Azərbaycanın Rusiyadakı yeni səfirinin namizədliyi hələ müəyyən edilməyib".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “TASS” agentliyinə müsahibəsində bildirib.
“İki ölkə arasında təkcə siyasi və iqtisadi məsələlər deyil, həm də mədəni, ictimai və humanitar sahələrə aid geniş gündəlik mövcuddur. Ona görə də, əlbəttə, görüləsi çox iş var. Artıq indidən öz xələfimə böyük uğurlar arzulamaq istəyirəm” – o bildirib.
Rusiyanın Azərbaycanda baş konsulluğunun açılması ilə balı sualı cavablandıran Polad Bülbüloğlu qeyd edib ki, hazırda bu məsələ müzakirə olunur.
Bizim.Media