Günay Ağamalı Aşağı Surra kəndində seçicilərlə görüşdü - FOTO/VİDEO

Günay Ağamalı Aşağı Surra kəndində seçicilərlə görüşdü - FOTO/VİDEO

Hazırda oxunan: Günay Ağamalı Aşağı Surra kəndində seçicilərlə görüşdü - FOTO/VİDEO

207188

Deputatlığa namizəd Günay Ağamalı 16 Avqust 2024-cü ildə Neftçala rayonunun Aşağı Surra kəndində seçicilərlə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdən öncə Günay Ağamalı Aşağı Surra kəndində dəfn olunan Şəhidlərin məzarını ziyarət edib.




Seçicilərlə görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Günaydın Əhədova və Elçin Quliyev namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat veriblər.

Tədbirdə çıxış edən Günay Ağamalı görüşə gəldiklərinə görə Aşağı Surra kəndinin seçicilərinə minnətdarlığını bildirib. O, Neftçala camaatının hər zaman milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmətlə yanaşdıqlarını və bu dəyərlərə sədaqət nümayiş etdirdiklərini xüsusi olaraq qeyd edib.

Günay Ağmalı Ana Vətən Partiyasının fəaliyyətindən danışıb, Milli Məclisə növbədənkənar seçkilərə namizədliyinin həmin partiyadan 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə irəli sürüldüyünü bildirib.


“Biz Heydər Əliyevin yaradıcısı olduğu müqəddəs yolun yolçularıyıq, davamçılarıyıq. Cənab Prezident İlham Əliyev və hər bir azərbaycanlının sevimlisi olan I Vitse-Prezident Mehriban Xanım Əliyeva bu siyasi kursu bütün sahələrdə uğurla davam etdirirlər. 44 günlük Vətən müharibəsində Prezident-Xalq-Ordu birliyi ilə dövlətimizin gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdik və erməni işğalına son qoyduq”,- deyə Günay Ağamalı bildirib.

Daha sonra, G.Ağamalı seçki platformasını görüş iştirakçılarının diqqətinə çatdırıb və deputat seçiləcəyi təqdirdə hər zaman onlarla bərabər olacağını önə cəkib.

Günay Ağamalı kənd sakinlərinin probemlərini dinləyib, əgər deputat seçilərsə seçicilər tərəfindən qaldırılan məsələlərin həlli üçün səlahiyyəti çərçivəsində səylə çalışacağını vurğulayıb

Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO