Günay Ağamalı 15 Avqust 2024-cü ildə Salyan rayonunun geniş ictimaiyyəti, ziyalılar və şəhid ailələri ilə növbəti görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, görüşdə 400-dən çox seçici iştirak edib.
Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına geniş məlumat veriblər.
Görüşdə çıxış edən Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizəd olmasının ona böyük qürur verdiyini söyləyib. O, seçicilərlə keçirdiyi bütün görüşlərdə salyanlılardan səmimi münasibət, böyük dəstək gördüyünü və xeyir-dua aldığını qeyd edib.
G.Ağamalı Salyan torpağının böyük şəxsiyyətlər və mütəfəkkirlər, görkəmli mədəniyyyət və incəsənət xadimləri yetirdiyini, salyanlıların xalqımıza, dövlətçiliyimizə çox bağlı olduğunu məmnuniyyətlə bildirib.
“Biz Heydər Əliyevin qurucusu olduğu müqəddəs yolun yolçuları və davamçılarıyıq. Biz bu yolu, Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, Azərbaycanı dünya miqyasında zirvələrə qaldıran cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni qələbələrə doğru getməkdəyik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yaratdığı müasir, modern Silahlı Qüvvələrlə və formalaşdırdığı vətənpərvər cəmiyyətlə 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbəmizi təmin etdi.
Böyük məmuniyyətlə qeyd etmək istərdim ki, möhtərəm cənab Prezident İlham Əliyevlə hər zaman birgə addımlayan, dövlətçiliyimizə ciddi töhfələr verən I Vitse-Prezident Mehriban Xanım Əliyeva bütün Azərbaycan xanımları üçün bir örnəkdir”, - deyə çıxışında Günay Ağamalı bildirib.
Daha sonra, G.Ağamalı seçki platformasını bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb və Salyan seçicilərinə ona göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib, deputat seçiləcəyi təqdirdə hər zaman onlarla bərabər olacağını önə çəkib.
Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd Günay Ağamalının ünvanına xoş sözlər söyləyərək, ona uğurlar arzulayıblar və bütün görüş iştirakçılarını yaxınları ilə bərabər sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə ona səs verməyə dəvət ediblər.
Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:58 / 17.08.2024
Deputatlığa namizəd Günay Ağamalı Salyanda seçicilərlə növbəti görüşünü KEÇİRİB - FOTO/VİDEO
Hazırda oxunan: Deputatlığa namizəd Günay Ağamalı Salyanda seçicilərlə növbəti görüşünü KEÇİRİB - FOTO/VİDEO
Hazırda oxunan: Deputatlığa namizəd Günay Ağamalı Salyanda seçicilərlə növbəti görüşünü KEÇİRİB - FOTO/VİDEO
207109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.