Natali Aleksanyan: “Azərbaycanlıların Naxçıvana maneəsiz gediş-gəlişi təmin edilməlidir” – ÖZƏL

Natali Aleksanyan: “Azərbaycanlıların Naxçıvana maneəsiz gediş-gəlişi təmin edilməlidir” – ÖZƏL

Hazırda oxunan: Natali Aleksanyan: “Azərbaycanlıların Naxçıvana maneəsiz gediş-gəlişi təmin edilməlidir” – ÖZƏL

206763

“Məncə, nəqliyyat kommunikasiyaları ilk növbədə mühəndislik işidir. Burada söhbət nəqliyyat infrastrukturunun tamamilə yenidən təşkil edilməsindən və vahid standartların tətbiqindən gedir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında erməni jurnalist və bloger, sülh təşəbbüsləri ilə tanınan Natali Aleksanyan deyib.

“Azərbaycanlıların Naxçıvana maneəsiz gediş-gəlişi təmin edilməlidir”
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistandakı aksiyaların arxasında hansı güclər dayanır? – Rus və erməni politoloqlardan ÖZƏL AÇIQLAMA


Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin mətnindən nəqliyyat komunikasiyalarının açılması ilə bağlı müddəanın çıxarılmasını şərh edən Aleksanyan, bunun dəhlizlərin heç vaxt açılmayacağı anlamına gəlmədiyini bildirib.

“Söhbət dəmir yolundan gedirsə, texniki baxımdan həmin nəqliyyat marşrutlarının açılmasına bir neçə il vaxt lazımdır. Belə olan halda sual yaranır: region ölkələri arasında münasibətləri normallaşdıracaq sülh sazişinin texniki nüanslardan asılı olması məqsədəuyğundurmu? Hesab edirəm ki, Ermənistan Azərbaycan vətəndaşlarının ölkənin qərbindən Naxçıvana maksimum maneəsiz şəkildə gediş-gəlişini təmin etməlidir”, - deyə N.Aleksanyan qeyd edib. 

“Minimum bürokratiya, maksimum rahatlıq”

Erməni bloger hesab edir ki, azərbaycanlıların Ermənistan ərazisindən keçməklə Naxçıvana gediş-gəlişi həm də münasibətləri yumşaldacaq:

“Müasir texnologiyalar sərnişinlərin nəqliyyat vasitəsindən çıxmadan, sadəcə pəncərəni aşağı salıb, kameraya baxmaqla yoxlama məntəqələrindən keçməsinə imkan verir. Yəni minimum bürokratiya, maksimum rahatlıq. Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən Naxçıvana və geriyə sürətli gediş-gəlişi məqsədi ilə xüsusi reqlament hazırlanmalıdır”.

Aleksanyan hesab edir ki, Zəngəzur dəhlizi də mütləq işə salınmalıdır: 

“Sözügedən dəhlizin işləmə mexanizmi isə ölkələr arasında razılaşdırılmalı və ictimiyyətə bu barədə dolğun məlumat verilməlidir. Beləliklə, azərbaycanlıların Naxçıvana girişi mümkün qədər sadələşdirilməli və heç bir viza tələbi olmadan həyata keçirilməlidir. 

Lakin bu o demək deyil ki, Çindən gələn sərnişin qatarlarında da eyni rejim tətbqi olunmalıdır. Zəngəzur dəhlizi ilk növbədə region ölkələri və qeyri-region ölkələri arasında müxtəlif beynəlxalq müqavilələr sistemidir. Bu razılaşmalar müxtəlif müstəviləri əhatə edir və heç bir halda bir-birilərinə təsir etmir”, - deyə N.Aleksanyan əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO