İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
İndiyə qədər 46 ölkə və 29 qurumdan 267 beynəlxalq müşahidəçi qeydə alınıb.
MSK sədri əlavə edib ki, ATƏT parlament Assambleyasının 60 nəfər, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 40 nəfər müşahidəçisi artıq qeydiyyatdan keçib.
TBMM, Gürcüstan, Qazaxıstan, Rusiya parlament nümayəndələri, GUAM Qaradəniz İqtisadi Əməkdaşlıq təşkilatı seçkini müşahidə edəcək.
Bizim.Media