Deputatlığa ən gənc və ən yaşlı namizədlər KİMLƏRDİR?

Deputatlığa ən gənc və ən yaşlı namizədlər KİMLƏRDİR?

Hazırda oxunan: Deputatlığa ən gənc və ən yaşlı namizədlər KİMLƏRDİR?

205996

Sentyabrın 1-i Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ümumilikdə 1508 nəfər deputatlığa namizədlik üçün müraciət edib. Onlardan 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bəs namizədlər arasından ən gənci və ən yaşlısı kimlərdir?

Bizim.Media-nın araşdırmasına görə, deputatlığa namizədlər arasında ən gəncinin 18, ən yaşlısının isə 86 yaşı var.

Namizədlər arasında ən gənci 2006-cı il təvəllüdlü (18 yaş) Zəbulla Hüseynovdur. O tələbədir və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində deputat mandatı qazanmağa çalışacaq.

Ən yaşlısı isə 1938-ci il təvəllüdlü (86 yaş) Oqtay Zeynəlovdur. O, 38 saylı Gəncə birinci seçki dairəsində seçicilərin etimadını qazanmağa çalışacaq.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO