Pakistanlı jurnalist İlham Əliyevdən yazdı: "Su içmədən suallara üç saatdan çox cavab verə bilir" - FOTO

Pakistanlı jurnalist İlham Əliyevdən yazdı: "Su içmədən suallara üç saatdan çox cavab verə bilir" - FOTO

Hazırda oxunan: Pakistanlı jurnalist İlham Əliyevdən yazdı: "Su içmədən suallara üç saatdan çox cavab verə bilir" - FOTO

205941

"Pakistan Daily" qəzetinin redaktoru Hamza Azhar Salam "X" hesabında Azərbaycan Prezidenti İlham Əliyev haqqında paylaşım edib.

Bizim.Media xəbər verir ki, jurnalist ölkə başçısı ilə çəkilmiş fotosunu paylaşaraq, Azərbaycan lideri barəsində diqqətini çəkən doqquz məqamı qeyd edib.

Paylaşımı təqdim edirik:

"Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətimi çəkən doqquz məqam:

1. İngilis, türk, Azərbaycan, fransız və rus dillərində danışa bilir;

2. Bir qurtum su içmədən çətin suallara üç saatdan çox cavab verə bilir;

3. Bir çox müxtəlif layihələrin maliyyə rəqəmlərini əzbər söyləyə bilir;

4. O, müxtəlif ölkələrin media ekosistemlərindən xəbərdardır;

5. O, jurnalistlər üçün bir çox Qərb liderlərindən daha əlçatandır;

6. Bəzən söhbətlərinə/cavablarına yumor əlavə edir;

7. Partiya iclaslarında onun ritorikası sülhə meyilli görünür, lakin lider kimi o, istənilən ehtimala hazırdır;

8. Müttəfiqlərinə necə hörmət etməyi və düşmənlərini çəkindirməyi bilir;

9. Açıqsözlüdür, sözü dolandırmaz və onun yüksək iş etik standartlarını anlayan istedadlı, çalışqan komanda ilə işləməkdən həzz alır".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO