Deputatlığa namizədlərin seçicilərlə görüşməsi üçün ayrılan yerlərin SİYAHISI

Deputatlığa namizədlərin seçicilərlə görüşməsi üçün ayrılan yerlərin SİYAHISI

Hazırda oxunan: Deputatlığa namizədlərin seçicilərlə görüşməsi üçün ayrılan yerlərin SİYAHISI

205471

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna müvafiq olaraq ayrılıb. 

Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında təşviqat üçün ayrılan açıq və qapalı yerlərin siyahısı dərc olunub. 

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək. 

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO