“ABŞ Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın apardıqları sülh prosesini güclü şəkildə dəstəkləyir. Tərəflərin sülh istəyi sülh sazişi ilə nəticələnə bilər”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Senatın Xarici əlaqələr komitəsində çıxışı zamanı bildirib.
“Bu, niyə vacibdir? Xəritəyə baxanda görürük ki, Mərkəzi Asiya inanılmaz dərəcədə zəngindir, lakin onların qlobal bazara çıxışı yalnız Rusiya və Çin vasitəsilə mümkündür.
Əgər biz Azərbaycan və Ermənistandan keçən yolun açılmasına nail olsaq, onların qlobal bazara çıxışı təmin edilər. Beləcə Rusiya və Çindən asılılıqları azalar”, - deyə ABŞ rəsmisi qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:17 / 31.07.2024
Ceyms O’Brayn: "Azərbaycan və Ermənistan tərəfinin apardığı sülh prosesini dəstəkləyirik"
Hazırda oxunan: Ceyms O’Brayn: "Azərbaycan və Ermənistan tərəfinin apardığı sülh prosesini dəstəkləyirik"
Hazırda oxunan: Ceyms O’Brayn: "Azərbaycan və Ermənistan tərəfinin apardığı sülh prosesini dəstəkləyirik"
204482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.