LGBT rəzilliyi, Azərbaycana qarşı qərəz... – Fransalı jurnalist rəsmi Parisi ifşa etdi – MÜSAHİBƏ

LGBT rəzilliyi, Azərbaycana qarşı qərəz... – Fransalı jurnalist rəsmi Parisi ifşa etdi – MÜSAHİBƏ

Hazırda oxunan: LGBT rəzilliyi, Azərbaycana qarşı qərəz... – Fransalı jurnalist rəsmi Parisi ifşa etdi – MÜSAHİBƏ

204242

“Hadisəni (Paris Olimpiya Oyunlarının açılış mərasimi – red.) canlı izləyən iki milyon izləyicini belə aldatmaq olar? Deyəsən, jurnalist Qarabağın Azərbaycan ərazisi olmasının bütün dünya dövlətləri, o cümlədən Fransa tərəfindən tanındığını qeyd etməyi “unudub”. Bu, böyük ayıbdır”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru, politoloq Jan Mişel Brun deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Beynəlxalq Olimpiya Komitəsi Parisdəki açılış mərasiminə görə ÜZR İSTƏDİ - FOTO


Fransadakı Olimpiya Oyunlarını, Azərbaycana qarşı qərəzli açıqlamaları, Fransadakı gərgin iqtisadi prosesləri şərh edən politoloq, Parisdə vəziyyətin daha da gərginləşəcəyini deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Mişel, Paris Olimpiya Oyunlarına ev sahibliyi edir. Bir çox ölkə kimi Azərbaycan da oyunlarda iştirak edir. Biz tarixən bilirik ki, olimpiyada sülh deməkdir. Lakin Fransa televiziyasının Azərbaycana qarşı qərəzi həm də beynəlxalq hüququ tapdalamaqdır. Baş verənləri necə dəyərləndirirsiniz?

- Bəli, bu, müasir olimpiadanın banisi Pierre de Coubertenin arzusu idi: Olimpiya məşəli yanan zaman idman siyasəti və münaqişələri susdurardı. Deyəsən, Fransa milli televiziyası müasir Oyunların ixtiraçısının çağırışını eşitməyib. Erməni komandasını daşıyan qayıq Senadan keçərkən fransalı jurnalist Laurent Delahousse hadisəni belə şərh edib: 

“Ermənistan, əlbəttə ki, bizim erməni dostlarımız... tarixən fransızların qəlbinə yaxın bir ölkə. Erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusunun əlinə keçməsi ilə əlamətdar bir il oldu”. Bu fikirlərin səsləndirilməsi böyük ayıbdır. Hadisəni (Paris Olimpiya Oyunlarının açılış mərasimi – red.) canlı izləyən iki milyard izləyicini belə aldatmaq olar? Jurnalist Qarabağın Azərbaycan ərazisi olmasının bütün dünya dövlətləri, o cümlədən Fransa tərəfindən tanındığını xatırlatmağı unudub. O, erməni işğalçılarının yerlə yeksan etdiyi şəhərləri, qovulan, sonra deportasiya edilən, torpaqlarına qayıdana qədər 30 il gözləyən milyonlarla azərbaycanlını yaddan çıxarıb.

- Son Olimpiya oyunlarının açılışı zamanı biz daha çox LGBT təmsilçiliyini gördük. Olimpiadanın təşkilatçıları bununla bağlı üzrxahlıq mətni paylaşıb. Sözügedən durumu necə qiymətləndirirsiniz?

- Olimpiya Komitəsinin üzr istəməsi “Son Şam Yeməyi”nin karikaturası kimi şərh edilən ardıcıllıqla bağlı idi. Rejissor əslində olimpiya tanrılarının yeməyini əks etdirən 17-ci əsr rəsmindən ilhamlandığını desə də, burada Məsihin son şam yeməyi əsas götürülüb. Açılış mərasimində LGBT təbliğatının aparılması təsadüfi deyil. LGBT “mədəniyyəti” son illər Fransada güclü şəkildə təbliğ edilir və indi ölkəmizdə az qala “norma”ya çevrilir, hətta məktəbdə azyaşlı uşaqların təhsilinə də daxil edilir. Dinlərə qarşı hücumlar və “gender nəzəriyyəsi” öz dəyərlərini itirən Qərb sivilizasiyasının göstəricisidir.

- Üçüncü məqam idmançılar üçün yaradılan şəraitlə bağlıdır. Təbii ki, tədbir böyükdür. Amma bir çox idmançı gecəni karton yataqlarda keçirib. Bununla bağlı müxtəlif videolar paylaşılıb. Fransa kimi güclü dövlət təşkilatçılığın öhdəsindən niyə gələ bilmədi?

- 3 trilyon avrodan çox borcu olan Fransa iqtisadiyyatı fəlakət vəziyyətindədir. Oyunların təşkilatçıları daha az görünən şeylərdə qənaət etməyə çalışdılar. İdmançıların yerləşdirilməsi məsələsi də buna daxildir. Nəticə isə belədir: ekoloji səbəblərə görə kartondan hazırlanmış narahat çarpayılar, keyfiyyətsiz yeməklər. Buna görə də bəzi nümayəndə heyətləri döşəklərini və aşpazlarını da özləri ilə gətirdilər.

- Açılış zamanı təhlükəsizlik çox ciddi şəkildə təşkil edildi. Bu, şəhər sakinlərinə çətinliklər yaradıldı. Lakin yaxın vaxtlarda keçirilən seçkilərin nəticələri də bəllidir. Bu səbəbdən Parisdə iğtişaşlar gözlənilirmi?

- Fransa hökumətinin gördüyü təhlükəsizlik tədbirləri bir sıra fundamental hüquqları pozub. Evsizlər şəhərin mərkəzindən qovuldu və Parisin kənar ərazilərinə göndərildilər. Bundan əlavə, Parisin mərkəzi küçələrinin bağlanması parislilərin həyatını yaşanılmaz hala gətirib. Lakin hakimiyyət bu narahatlıqları unutdurmaq üçün fransızların Oyunlara olan həvəsinə arxalanır. Oyunların ilk günləri fransalı idmançıların uğurlu nəticələri ilə yadda qaldı. Deməli, Parisdə üsyan olmayacaq. Ancaq bəzi ekoloji qruplar son günlər təxribat hallarını artırıblar.

- Cənab Mişel, zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Mən dəs sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO