2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilib.
Bizim.Media xəbər verir, ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:20 / 26.07.2024
Azərbaycanla Qazaxıstan arasında imzalanmış daha bir saziş TƏSDİQLƏNDİ
Hazırda oxunan: Azərbaycanla Qazaxıstan arasında imzalanmış daha bir saziş TƏSDİQLƏNDİ
Hazırda oxunan: Azərbaycanla Qazaxıstan arasında imzalanmış daha bir saziş TƏSDİQLƏNDİ
203713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.