Pənah Hüseyn və Kamal Cəfərov ÜZ-ÜZƏ – Sabirabadın yeni deputatı KİM OLACAQ?

Pənah Hüseyn və Kamal Cəfərov ÜZ-ÜZƏ – Sabirabadın yeni deputatı KİM OLACAQ?

Hazırda oxunan: Pənah Hüseyn və Kamal Cəfərov ÜZ-ÜZƏ – Sabirabadın yeni deputatı KİM OLACAQ?

203388

Azərbaycanda sentyabrın 1-ə təyin olunan parlament seçkilərində iştirak etmək istəyənlərin namizədliklərini irəli sürməsi prosesi davam edir. Artıq bəzi dairələrdən kimlərin namizəd olacağı da bəllidir.

Bir neçə dairədə isə tanınmış siyasətçilərin namizədliklərini irəli sürməsi deputat mandatı uğrunda gərgin mübarizənin gedəcəyindən xəbər verir.

Pənah Hüseyn və Kamal Cəfərov üz-üzə

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsindən namizədliyini irəli sürüb. Görünən qədərilə, bu dairədən onun əsas rəqibi Yeni Azərbaycan Partiyasının namizədi Kamal Cəfərov olacaq.

Qeyd edək ki, Kamal Cəfərov VI çağırış Milli Məclisin deputatı olub. 2020-ci ilin fevralında 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən deputat seçilib. Pənah Hüseyn isə 2020-ci ildə keçirilən parlament seçkilərində iştirak etməyib.

“Heç nəyi istisna etmək olmaz”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AXP sədri P.Hüseyn bildirir ki, 68 saylı dairədən kimin qalib olacağı məsələsində nəzəri baxımdan heç nəyi istisna etmək olmaz:

“68 saylı dairədə başqa namizədlər də var. Hələlik mübarizə başlamayıb. Ona görə də YAP-ın namizədi barədə hələlik heç nə deyə bilmərəm. Bəlkə bu dairədən elə bir namizəd çıxacaq ki, Kamal Cəfərov da, Pənah Hüseyn də kənarda qalacaq. Nəzəri baxımdan heç nəyi istisna etmək olmaz”.

Kamal Cəfərovun məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qalıb.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO