İnam Kərimov: “Kim seçki hüququnun pozulduğunu güman edirsə...”

İnam Kərimov: “Kim seçki hüququnun pozulduğunu güman edirsə...”

Hazırda oxunan: İnam Kərimov: “Kim seçki hüququnun pozulduğunu güman edirsə...”

203054

“Parlament seçkiləri milli olduğundan ölkə üçün xüsusi önəm kəsb edir. Bu dəfəki parlament seçkiləri həm də ona görə xüsusidir ki, işğaldan azad olunmuş ərazilərdə də keçiriləcək”.

Bizim.Media xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Ölkəmizdə seçki hüquqlarının pozulduğunu güman edən şəxslərə məhkəmə sərbəst müraciət etmə hüququ verilib.

Bu cür müraciətlərə apellyasiya instansiyalarında baxmaq işlərə operativ baxılmasını təmin edir. Məhkəmələr bu seçkilərdə də öz işlərini səmərəli aparmağa hazırdırlar. Şikayəti iki formada, inzibati və məhkəmə üsulunda vermək olar. Şikayət ilkin olaraq MSK tərəfindən təmin olunmasa, məhkəməyə müraciət oluna bilər” - deyə İnam Kərimov bildirib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO