VI çağırış Milli Məclisin sədri MDB PA Şurasının İCLASINDA - FOTO

VI çağırış Milli Məclisin sədri MDB PA Şurasının İCLASINDA - FOTO

Hazırda oxunan: VI çağırış Milli Məclisin sədri MDB PA Şurasının İCLASINDA - FOTO

201791

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 12-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyası (MDBPA) Şurasının iclasında iştirak edib.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, iclasda bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində MDB PA müşahidəçilərinin iştirakı haqqında məsələnin müzakirəsi zamanı çıxış edən spiker Sahibə Qafarova deyib ki, seçkilərdə aidiyyəti dövlət orqanları tərəfindən prosesin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, seçki prosesinin tam şəffaflığı təmin edilib ki, seçicilər öz iradələrini sərbəst və maneəsiz ifadə edə bilsinlər. Bunu beynəlxalq müşahidəçilər də ifadə ediblər.

Seçkilərin monitorinqində 89 ölkəni və 72 beynəlxalq təşkilatı, o cümlədən 22 parlamenti və 12 parlamentlərarası təşkilatı təmsil edən 790 beynəlxalq müşahidəçinin iştirak etdiyini xatırladan Milli Məclisin sədri seçkilərlə bağlı əsas məsələ olaraq, onu qeyd edib ki, bu seçkilərdə xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın gələcək inkişafına səs verib.

Qeyd olunub ki, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92 faizdən çoxunun səsini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Çıxışında Sahibə Qafarova deyib ki, seçki proseslərinin müşahidəsi MDB PA çərçivəsində əməkdaşlığın mühüm sahəsidir. Bu, seçki prosesinin təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi kimi üzv dövlətlərin ərazisində demokratiyanın və qanunun aliliyinin inkişafına töhfə verir. Bu baxımdan MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ), o cümlədən onun Bakı filialının seçkilərin müşahidəsi prosesində fəaliyyəti və verdiyi töhfə də xüsusi diqqətə layiqdir.

Spiker Sahibə Qafarova çıxışında seçki proseslərinin monitorinqi sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumat verib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO