Rusiya Rüstəm Muradovu Qarabağdan geri çağıra bilər – SON DƏQİQƏ

Rusiya Rüstəm Muradovu Qarabağdan geri çağıra bilər – SON DƏQİQƏ

Hazırda oxunan: Rusiya Rüstəm Muradovu Qarabağdan geri çağıra bilər – SON DƏQİQƏ

20172

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər. Onun 6 ay ərzindəki xidməti fəaliyyəti nəzərdən keçirildikdən sonra bu addımın atılması mümkündür. Əgər generalın fəaliyyətində münasibətləri gərginləşdirən hər hansı nüans olarsa və ya tərəflərdən hansısa öz narazılığını faktlarla sübut edərsə, Rusiya bu addımı atmağa məcburdur.

Bizim.Media xəbər verir ki, bu cür iddialar Ermənistanın "Joğovurd” qəzetində də işıqlandırılıb.

Qəzet yazıb ki, Rüstəmovun yerinə başqa generalın təyinat alması ehtimalı var. Əslində prosedur qaydalarına görə də Rusiya tərəfi 6 aydan bir sülhməramlı kontingentin komandirini dəyişə bilər. Bu, üçtərəfli razılaşmanın detallarında öz əksini tapıb.

Qəzetdə yazılanlara görə, Hərbi ekspert Vladimir Yevseyev isə komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini qeyd edib.

Muradovun məsələsi Rusiya KİV-lərində də işıqlandırılıb. Bildirilib ki, generalın yerinə bir neçə namizəd var. Əsas da gətirilir ki, Rüstəm Muradovun namizədliyi əvvəldən mübahisə mövzusu olub.

Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra onun namizədliyini müdafiə naziri Sergey Şoyquya təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO