“ABŞ-ın Azərbaycan-Ermənistan danışıqlarında sülhə səy göstərməsi müsbət hadisədir” - POLİTOLOQ 

“ABŞ-ın Azərbaycan-Ermənistan danışıqlarında sülhə səy göstərməsi müsbət hadisədir” - POLİTOLOQ 

Hazırda oxunan: “ABŞ-ın Azərbaycan-Ermənistan danışıqlarında sülhə səy göstərməsi müsbət hadisədir” - POLİTOLOQ 

201597

Xəbər verdiyimiz kimi ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib ki, tərəflər Azərbaycanla Ermənistanın sülh və dövlətlərarası münasibətlərinin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edilib. Bu istiqamətdə işlərin davam etdirilməsi qərara alınıb. 

Bəs Bayramov- Mirzoyan görüşündən nə gözlənilir? 

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə nail olmaq üçün ciddi perspektivlər yaranıb: 

“Bu perspektivlərin olduğu bir zamanda müxtəlif platformalarda dialoq və ünsiyyətin davam etdirilməsi ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir. ABŞ-ın son zamanlar Azərbaycan-Ermənistan danışıqlarında maraqlı olması, sülh üçün səylər göstərməsi müsbət hadisədir. 

NATO sammiti çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenin moderatorluğu ilə üçlü görüşün keçirilməsi, ölkələrarası münasibətlərin normallaşması, problemlərin həll edilməsi baxımından önəm kəsb edir. Rəsmi Vaşinqton bu gün sülhün irəliyə daşınmasında mühüm vasitəçidir”. 

Bu baxımdan həmsöhbətimizə görə, Vaşinqton formatlı görüşlər, problemli məsələlərin həllində faydalı ola bilir:

“Bu prosesdə Entoni Blinkenin moderatorluğu xüsusilə vacibdir. Bu gün dünyanın böyük siyasi mərkəzlərində həmin məsələ müzakirə edilir. Hər kəs çalışır ki, vasitəçi kimi sülhdə payı olsun. ABŞ buna daha çox yaxındır”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO