İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib - FOTO/VİDEO

İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib - FOTO/VİDEO

201553

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı milli abidənin önünə əklil qoyub.

Sonra “Fatihə” surəsi oxunub.

Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq üslubunda yaradılan abidənin 2007-ci il mayın 23-də açılışı olub.
 













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO