İlham Əliyev Pakistana GETDİ - FOTO/VİDEO

İlham Əliyev Pakistana GETDİ - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Pakistana GETDİ - FOTO/VİDEO

201548

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gedib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. 

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb. 

Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb. 

Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər. 
 


















Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO