Qərbi Azərbaycan İcmasının Gorus rayonuna yeni sədr SEÇİLDİ – FOTO

Qərbi Azərbaycan İcmasının Gorus rayonuna yeni sədr SEÇİLDİ – FOTO

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasının Gorus rayonuna yeni sədr SEÇİLDİ – FOTO

201329

2024 -cü il iyul ayının 9-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Qərbi Azərbaycanın Gorus rayon icmasının yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu, Gorus Rayon İcmasının sədri Etibar Həsənov, İcmanın Sumqayıt şəhər nümayəndəliyinin üzvü Elçin Abdullayev, Gorus rayon kəndləri üzrə icma sədrləri və üzvləri, ağsaqqallar, qadınlar gənclər və digər qonaqlar iştirak edib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər qoyub, onun əziz xatirəsini anıblar.
Tədbirdə çıxış edən Hikmət Babaoğlu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlinin adından yığıncaq iştirakçılarını salamlayaraq, Qərbi Azərbaycan İcmasının əsas fəaliyyət prinsipləri və Qayıdış Konsepsiyasının icrası istiqamətində görülən işlərdən, icmanın təşkilatlanma mərhələsindən danışaraq, İcma tərəfindən Gorus tayon icmasına yeni təyin edilmiş Etibar Həsənovu və Gənclər üzrə məsul şəxs Orxan Həsənlini rayon ictimaiyyətinə təqdim etdi və onlara gələcək fəalliyyətlərində uğurlar arzuladı.

Daha sonra Gorus rayon icmasının sədri Etibar Həsənov 2024-cü ilin birinci yarım ili ərzində görülən işlər və bundan sonraki tədbirlər planı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, Qayıdış konsepsiyasına uyğun olaraq hər bir azərbaycanlı, o cümlədən Gorus camaatı öz ata-baba yurdları, tarixi mədəni irsi, ermənilərin xalqımıza qarşı son iki əsr ərzində törətdikləri soyqrım, deportasiya və zorla doğma el obalarından qovulmasına yönəlmiş siyasətin dünya ictimaiyyətinə çatdırılmasını əks etdirən təbliğat-təşviqat fəaliyyətində həmrəylik göstərməli, bu istiqamətdə keçirilən tədbirlərdə fəallıq nümayiş etdirməlidirlər.

Bundan sonra tərbir iştirakçılarının görüləcək işlərlə bağlı təklifləri dinlənildi və icmanın üzvlük vəsiqələri və döş nişanları təqdim olundu.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO