Hakan Fidan: “Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda davamlı sülh üçün tarixi imkan yarandı”

Hakan Fidan: “Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda davamlı sülh üçün tarixi imkan yarandı”

Hazırda oxunan: Hakan Fidan: “Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda davamlı sülh üçün tarixi imkan yarandı”

200767

“Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün tarixi imkan yarandı. Bu fürsət sadəcə bəzi ölkələr üçün deyil, həm də hazırda bağlı olan kommunikasiyaların açılması kontekstində Türk dünyası da daxil olmaqla regional və qlobal təhlükəsizlik baxımından da əhəmiyyətlidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasındakı çıxışında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O qeyd edib ki, Şuşa 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbənin rəmzidir:

“ Bu Zəfər naminə canlarını fəda edən müqəddəs şəhidlərimizin xatirəsi önündə ehtiramla baş əyir, qazilərimizə hörmətimi ifadə edirəm”.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO