SON DƏQİQƏ: Baydendən Azərbaycanla bağlı MÜHÜM QƏRAR – ERMƏNİLƏR ŞOKDA

SON DƏQİQƏ: Baydendən Azərbaycanla bağlı MÜHÜM QƏRAR – ERMƏNİLƏR ŞOKDA

Hazırda oxunan: SON DƏQİQƏ: Baydendən Azərbaycanla bağlı MÜHÜM QƏRAR – ERMƏNİLƏR ŞOKDA

19997

ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardım göstərilməsinə rəsmən icazə verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “The Hill” nəşri yayıb.

Bayden Konqresə “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin təxirə salınmasını uzatdığını bildirıb.

Xatırladaq ki, dəyişiklik 1992-ci ildə erməni lobbisinin təzyiqi altında qəbul edilib. Sənəd ABŞ tərəfindən Azərbaycana dövlət səviyyəsində yardım verilməsini məhdudlaşdırır. Lakin 2001-ci ildən bəri ABŞ rəhbərliyi, əsasən Əfqanıstana malların daşınması üçün tranzit ərazi kimi Azərbaycanın dəstəyini almaq üçün bu hərəkəti müvəqqəti dayandırıb.

Dövlət katibi Entoni Blinkenin Konqresə göndərdiyi bildirişdə deyilir ki, Azərbaycana edilən bu yardım Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səylərə xələl gətirməyəcək və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə edilməyəcək.

Amerika diplomatiyasının rəhbəri yardımın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək, həmçinin "Azərbaycan sərhədlərinin təhlükəsizliyini gücləndirmək" üçün lazım olduğunu qeyd edib.

Nəşr əlavə edir ki, bu qərar ABŞ-dakı erməni icmasının tənqidinə səbəb olub.

Ermənilər bunu yalançı “erməni soyqırımı”nın tanınması tarixi qərarından sonra Baydenin xəyanəti hesab edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO