Makron küncə sıxışdı: “O, indi kukladır, “get” desələr...”

Makron küncə sıxışdı: “O, indi kukladır, “get” desələr...”

Hazırda oxunan: Makron küncə sıxışdı: “O, indi kukladır, “get” desələr...”

199903

Fransa Prezidenti Emmanuel Makron parlament seçkilərinin birinci turunun nəticələri açıqlandıqdan sonra ikinci turda Cordan Bardella və Marin Le Penin Milli Birliyinə qarşı “demokratik birliyə” çağırıb.

Milli Assambleyada (parlamentin aşağı palatası) keçirilən növbədənkənar seçkilərin birinci turunda “Respublika naminə birlikdə” prezident koalisiyası 3-cü yer tutub. Milli Birlik və Yeni Xalq Cəbhəsi isə 1-ci və ikinci yerlərdə qərarlaşıblar. Marin Le Penin lideri olduğu Milli Birlik Partiyası və müttəfiqləri 33.4 faiz səslə qalib gəlib. Seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.

Mövcud siyasi vəziyyəti nəzərə alsaq, Makronun prezident kreslosu ilə vidalaşma vaxtının çatdığını deyə bilərikmi?

Politoloq Natiq Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 

O bildirib ki, bir prezidentin siyasi komandası parlamentdə nəzarəti itirirsə, onun üçün qanunvericilikdə problemlər yaranır:

“Məsələnin ikinci tərəfi isə odur ki, hökumətin başına parlament seçkilərində üstünlük qazanan siyasi partiya lideri keçəcək. Bu da prezident və hökumət arasında müəyyən problemlər yaradacaq. Çünki icra strukturları bilavasitə hökumətə tabedir. Bu baxımdan siyasi mədəniyyəti olan siyasətçilər belə vəziyyətdə istefa verirlər. 

Sözügedən reallıqla bağlı Avstriya və digər Avropa ölkələrində nümunələr var. Lakin Makron həmin siyasətçilərdən deyil. Çünki o, müəyyən qlobal maliyyə şəbəkələrinin kuklasıdır. Makron Fransada öz nüfuzu hesabına hakimiyyətə gəlməyib. Onu sadəcə müəyyən güclər təyin ediblər.

Buna görə də ona “get” deməyənə qədər Makron sona qədər prezident kreslosunda qalacağını iddia edir. 

O, müstəqil şəxs olmadığı üçün dünyanı idarə edən qlobal güc mərkəzləri nə zaman qərar versələr, o vaxt da Makron gedəcək. Belə qərar olmasa, Makron üzünə “üz bağlayıb” prezidentliyinin son gününə qədər davam edəcək”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO