Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk etdi - FOTO

Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk etdi - FOTO

Hazırda oxunan: Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk etdi - FOTO

199744

Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri iyunun 30-da Bakı limanını tərk edib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib.

Eyni zamanda Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında futbol və voleybol üzrə yoldaşlıq görüşləri keçirilib. 

Hərbi dənizçilərimizin qələbəsi ilə başa çatan hər iki görüşün sonunda komandalara kubok və medallar təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO