Azərbaycan nümayəndə heyəti “Osaka, Kansai Ekspo 2025” Ümumdünya sərgisinə hazırlıq məqsədilə Yaponiyanın Nara şəhərində beynəlxalq planlaşdırma görüşündə iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Mərkəzindən bildirilib.
Məlumata görə, görüşdə iştirakçı ölkələrin pavilyonlarının qurulması və idarə olunması, sərginin hazırlanması, milli günlərin təşkili və digər istiqamətlər üzrə məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycanın “Osaka, Kansai Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın “Ekspo 2025” Ümumdünya sərgi məsələləri üzrə naziri Cimi Hanako ilə görüşüb. “Osaka, Kansai Ekspo 2025” Ümumdünya sərgisində fəal iştiraka və milli pavilyonun qurulması üzrə işləri sürətlə davam etdirdiyinə görə Azərbaycan tərəfinə təşəkkür bildirilib. Qeyd edək ki, Azərbaycan “Osaka, Kansai Ekspo 2025” Ümumdünya sərgisində iştirakçı müqaviləni imzalayan ilk ölkədir.
Ümumdünya sərgisi 2025-ci il 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing Future Society for Our Lives) mövzusunda keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:43 / 29.06.2024
Azərbaycan nümayəndə heyəti “Osaka, Kansai Ekspo 2025” SƏRGİSİNDƏ - FOTO
Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti “Osaka, Kansai Ekspo 2025” SƏRGİSİNDƏ - FOTO
Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti “Osaka, Kansai Ekspo 2025” SƏRGİSİNDƏ - FOTO
199678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.