“Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir”.
Bizim.Media bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 28-də ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüş zamanı bildirib.
Nazir ıayihə üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməyin, Konstitusiyaya dəyişik edilməsinin vacibliyini vurğulayıb.
Bununla yanaşı, Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülhə və sabitliyə xidmət etmədiyi bildirilib.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:25 / 28.06.2024
XİN başçısı: “Ermənistanın hərbiləşmə siyasəti bölgədə sabitliyə xidmət etmir”
Hazırda oxunan: XİN başçısı: “Ermənistanın hərbiləşmə siyasəti bölgədə sabitliyə xidmət etmir”
Hazırda oxunan: XİN başçısı: “Ermənistanın hərbiləşmə siyasəti bölgədə sabitliyə xidmət etmir”
199525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.