"Ermənistan ilə davamlı sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan əvvəl Azərbaycan sülh sazişi ilə bağlı son layihəni Ermənistana təqdim edib".
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var. Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Biz bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik.
“Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müsbət irəliləyişlər əldə edilib. Sərhədlərin delimitasiyası üzrə komissiyalar arasında da təmaslar davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlər eşidəcəyik”, - deyə nazir əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:00 / 27.06.2024
"Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik" - Ceyhun Bayramov
Hazırda oxunan: "Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik" - Ceyhun Bayramov
Hazırda oxunan: "Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik" - Ceyhun Bayramov
199334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.