“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi - FƏRMAN 

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi - FƏRMAN 

Hazırda oxunan: “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi - FƏRMAN 

199038

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də (EKTİS) dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliyə əsasən, EKTİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə təmin olunan məsələlər artırılıb:

- dincə qoyulması da daxil olmaqla əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarının fiziki şəxslər tərəfindən təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün məlumatların toplanılması, onlara dair arayışın formalaşdırılması və aidiyyəti üzrə ötürülməsi.

- kənd təsərrüfatı torpaqlarının fiziki şəxslər tərəfindən təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün məlumatların (əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarına münasibətdə “subsidiyalar” altsistemində müvafiq məlumatlar olmadıqda) toplanılması, onlara dair arayışın formalaşdırılması və aidiyyəti üzrə ötürülməsi.
Bu Fərmandan irəli gələn məsələləri həll etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO