Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, nazir “Twitter” hesabından paylaşım edib.
“Can Azərbaycanın gənclik və idman naziri Azad Rəhimov qardaşımın vəfatını böyük üzüntüylə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbir və başsağlığı diləyirəm. Məkanı cənnət olsun”, deyə o, qeyd edib.
Xatırladaq ki, uzun müddətdir, ABŞ-da xərçəng xəstəliyindən müalicə olunan A. Rəhimov 57 yaşında vəfat edib.
Bizim.Media
Can #Azerbaycan’ın Gençlik ve Spor Bakanı Azad Rahimov kardeşimizin vefatını büyük üzüntüyle öğrendim. Merhuma Allah’tan rahmet, ailesine ve tüm Azerbaycanlı kardeşlerimize sabır ve başsağlığı diliyorum. Mekanı cennet olsun.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) May 1, 2021